14 Noyabr 2015 01:14
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komik aktyor Fərda Amin sənətə ilk gəlişindən və ona dəstək olan aktyorlardan danışıb.

Aktyor Teleqraf.com-a bildirib ki, tanındıqdan sonra bir neçə aktyor tərəfindən dəstəklənib: "Sənətimə başlayanda heç kim mənə dəstək olmadı. Tanındıqdan sonra isə Arif Quliyev, Yaşar Nuri və Telman Adgözəlov kömək ediblər. Amma konkret olaraq filan yerdə fəaliyyətini davam etdir deyən yox idi. Mən isə bacardığım qədər gənclərə kömək etməyə çalışıram".

"Gecə qonağı" filmində dramatik obraz canlandıran F.Amin növbəti təklif edilən dramatik obrazdan imtina edib: "Ciddi bir obrazda oynamaq üçün təklif var. Amma obraz xarakterimə yad olduğuna və orada özümü görmədiyimə görə razılaşmadım. Amma başqa filmlərdən təklif gəlsə, yenə də dramatik obrazda oynayaram".

Rəqsanə


Müəllif: