14 Noyabr 2015 22:14
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elçin Hüseynov ilə Zamiq Hüseynov anlaşılmazlığa son qoyublar.

Bu barədə Teleqraf.com-a danışan sənətçi Zamiq ilə problemi həll etdiyini qeyd edib: “Biz Zamiqlə küsməmişdik. Sadəcə, anlaşılmazlıq yaranmışdı və dünən onu da həll etdik. Mən qalamaqalı sevmirəm. Əslində, o sözü kim deyib, harada danışıb, bilmirəm. Sualı efirdə verdilər və aqressiv fikir bildirdim. Söhbət Zamiqdən getmir. Mən 20 ildir sənətdəyəm və indi də efirdə danışanda çəkinə-çəkinə danışıram ki, bizdən böyük sənətkarlar var. Cavan uşaqlar sənətdən elə ağız dolusu danışırlar ki, 60 yaşlı sənətkar düşünür ki, yəqin ondan əvvəl sənətə gəliblər. Belə hallar adamı qıcıqlandırır. Haqsızlıq olmasını istəmirəm və hər zaman haqq tərəfdarıyam”.

Qeyd edək ki, müğənni Z.Hüseynovun “qarınlı ifaçılar efirə çıxmasın” fikrinə sərt reaksiya vermişdi: "Kim kökdü, kim arıqdı və s. kimi sözlər xanımlara aiddir. Səhnəni yaxşı ifa ilə gözəlləşdirmək lazımdır. Düşünürəm ki, o sözü deyəndə xanım hormonları var. Mən Allahımdan başqa heç kimdən qorxmuram və çəkinəcəyim insan da yoxdur”.

Rəqsanə


Müəllif: