16 Noyabr 2015 11:39
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tez-tez depressiyaya düşən insanam və elə vaxt olur ki, özümə qapanıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Onlar”a müğənni Rəqsanə İsmayılova deyib: “Sıxıntı və çətinlik yaşayanda kənara çəkilib düşünürəm. 36 yaşım olsa da daxilən qocalmışam. Vücudum, görünüşüm gənc görünsə belə həyətın sınaqları keçməkeşləri məni qocaldıb”.

R.İsmayılova bir zaman həyatında olduğu insanla adının hallanmasına da münasibət bildirib: "Mətbuat nümayəndələrinə səslənirəm ki, adımı başqa insanların yanında çəkməsinlər. Elə hal baş verdikdə məhkəməyə müraciət edəcəm. Mətbuatda onlar heç kimə maraqlı olmadığına görə mənimlə reklam edirsiniz. O hadisə dörd il əvvəl baş verib və bitib. Adını mənimlə çəkdiyiniz insanın isə başqa bir tanınmışla münasibəti olub. Zamanında o haqda çox danışdım və heç kim mənə inanmadı. Onlara görə vətənimdən Moskvaya qaçdım. Yaşamağa imkan vermirdilər. Nə qədər ləkə yaxmağa çalışdılar. Alınmadı. Mən güclü xanımam heç kim məni sındıra bilməz. Məni ailəm və övladlarım maraqlandırır”.

Rəqsanə


Müəllif: