16 Noyabr 2015 15:39
723

“Ondan sonra” verilişinin aparıcısı Yusif Ağayev xəstəxanada xalq artisti İlhamə Quliyevanı ziyarət edib.

Teleqraf.com xəbər verir ki, İ.Quliyeva yuxusunda anasını tez-tez gördüyünü deyib: “Üzüm şişib və bu mənim öz üzüm deyil. O, şərəfsiz qız - köməkçim mənə o qədər psixotrop dərmanlar verib ki, səhhətimdə problemlər yaranıb. Şəkərim də qalxıb. Anama görə çox darıxıram və onun adı gələndə ağlayıram. Anam tez-tez yuxularıma girir və uşaqlara tapşırır ki, İlhaməni həkimə aparın, nəzarətsiz qoymayın. O yuxuda da nə lazımdır kömək edir, məsləhət verir. Hətta mənə zəng edir. Aşkar zəngi eşidirəm, amma telefonla danışa bilmirəm. Həyatımda qəribə hadisələr baş verir. Nəvəmin toyunu görüm, sonra ölüm. Hələ yaşayacam, ölməyəcəm”.

Rəqsanə


Müəllif: