16 Noyabr 2015 18:53
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hündürbel şalvarlar dəb aləmində hakimiyyəti ələ keçirib. Bu şalvarların bir çox çeşidi və hərəsinin də özünəməxsus kombinə qaydaları var.

Rahatlıq və şıqlıq vəd edən bu tip şalvarlarla gözəlliyinizi vurğulamaq istəyirsinizsə, Publika.az-ın məsləhətlərinə riayət edin!

Hündürbel cins şalvar

1970-ci illərdən ilham alınaraq hazırlanan hündürbel, enlibalaq şalvarlar bu ilin əsas trendlərindəndir. Bu tip şalvarları heyvan və ya çiçək printli kofta ilə geyinə bilərsiniz. Kəmər bağlayaraq kombininizi daha şıq hala gətirə bilərsiniz.

Qara dar şalvar

Dar, qara rəngli, hündürbel şalvarlar gündəlik geyim üçün uyğundur. Ofis stilində də bu tip şalvara üstünlük vermək olar. Qara rəngli kofta və uzun jaket geyinə bilərsiniz.

Balaqları qatlayın!

Hündürbel şalvarlar boyu daha uzun göstərir, ancaq trendlə ayaqlaşıb şalvarın balaqlarını qatlasanız, boyunuz olduğundan daha qısa görünəcək. Yalnız hündürboy qadınlar şalvarı bu cür qatlaya bilər.

Dəri şalvar

Dəri şalvarlar artıq gündəlik stilə də uyğun hesab edilir. Həmçinin, şıq kofta, pencək və çanta ilə gecə gəzintiləri zamanı da geyinmək olar. Ofis stili üçün hündürbel dəri şalvarınızı köynək və stiletto ilə kombinə edin.


Müəllif: