17 Noyabr 2015 14:31
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafael Dadaşov serial və filmlərə çəkilməməsinin səbəbini açıqlayıb.

O, Teleqraf.com-a açıqlamasında film sektorunda peşəkar işlərə ehtiyac olduğunu deyib: “Yalnız öz çəkildiyim serialı izləmişəm. Bu sahədə peşəkar serialların çəkilməsinə və maliyyəyə ehtiyac var. Rafael Dadaşov qəpik-quruşa çəkilməyəcək. Bu da müəyyən prodakşnları qane etmir. Biz həyatımızı sənətə qurban verib bu səviyyəyə çatmamışıq ki, bu gün cavan oğlanların qəpik-quruşuna razı olaq!”

R.Dadaşov vaxtilə filmlərə çəkilməsinə mane olanlardan da danışıb: “Bəzi rejissorlar filmlərinə çəkməyən zaman bəhanələr gətiriblər. Fəhlə obrazı çəkən zaman deyiblər ki, fəhləyə oxşamırsan, qəhrəman görünüşün var. Nə vaxt ki, qəhrəman obraz lazım olub, Avropa oğlanlarına bənzədiyimi deyiblər. Avropa sifəti lazım olan vaxt isə deyiblər ki, səndə fəhlə sifəti var. Çəkmək istəməyəndə bəhanəyə nə var ki? İndi də deyirlər, bir az kökəlmisən. Arıq vaxtımda da müəyyən bəhanələrlə rastlaşmışam. Rəhmətlik Səməndər Rzayev ömrü boyu filmə çəkildi və çəkildiyi bütün obrazlar yadda qalıb. Film, serial çəkənlər başa düşmürlər ki, biz tarixik və sizin üçün geniş bir materialıq. Ona görə dəyərləndirmək lazımdır. Biz həyatda olmayandan sonra neynəyəcəksiniz?”

Rəqsanə


Müəllif: