17 Noyabr 2015 18:31
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "Billboard" jurnalı öz çartlarının 57 illik tarixinin analizi əsasında ən populyar artistlər və albomların siyahısını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın ən populyar albomu 2011-ci ildə çıxan Adelin 21 plastinkası olub. İkinci yerdə 1965-ci ildə çıxan "Musiqinin səsləri" filminə saundtreklərin olduğu albom qərarlaşıb. Üçüncü yerdə isə Maykl Ceksonun "Thriller" kompozisiyasıdır (1982).

Populyar albomların ilk onluğuna "Jagged Little Pill" (1995, yeddinci yer) plastinkası ilə Alanis Morisett və "All The Right Reasons" albomu ilə (2005, 9-cu yer) Nickelback daxil olub. Bununla belə, "The Beatles" iki siyahıda ən çox mahnı satan artist və ən çox albom satan artist kimi ilk yeri tutub.

Billboard çartının tarixində ən uğurlu mahnı Çabbi Çekkerin "The Twist" (1960) mahnısıdır.

Qeyd edək ki, "Billboard" musiqi sənayesinə həsr olunmuş ən avtoritetli Amerika nəşridir. Jurnal 1894-cü ildən çıxır. Populyar musiqi çartları 1936-cı ildən paylaşılır. Klassik şəkildə çartlar 1958-ci ildən mövcuddur: nəşr musiqi daşıyıcılarının satış məlumatlarını hesablayır. Billboard-ın iki əsas çartı var: albom satışı reytinqi (top 200) və sinql satışı reytinqi (Hot 100).

Rüstəm


Müəllif: