18 Noyabr 2015 14:38
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“28 Cinema”da “Aclıq Oyunları: Alayıcı quş” filminin ikinci hissəsisinin nümayişi keçirilib.

Teleqraf.com xəbər verir ki, film Syuzen Kollinzin eyniadlı bestsellerinin sonuncu - 4-cü hissəsi əsasında çəkilib. Filmdə baş rolları Hollivud ulduzları Cenifer Lourens, Liam Hemsvort, Coş Hatçerson, Vudi Harelson, Donald Sazerlend və Culiana Mur canlandırıb.

Fantastika, döyüş və macəra filmlərini izləməyi sevənlər həmin filmi “28 Cinema” kinoteatrında izləyə bilər.

Filmin nümayişində Faiq Ağayev, Hüsniyyə Məhərrəmova, Aqil M.Quliyev, Fuad Əlişov kimi tanınmış sənətçilər iştirak ediblər.

Rəqsanə


Müəllif: