4 İyun 2014 14:20
7 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizi məhkəməyə verməyin qudurğanlıqdır”

Müğənni Natəvan Həbibi ilə yerli şou-biznes nümayəndələri arasında olan qalmaqal daha da alovlanır.

Teleqraf.com xəbər verir ki, haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə prodüsser Tolik (Tarix Əliyev), xalq artisti Aygün Kazımova və rejissor Zoriki (Zöhrab Ağayev) məhkəməyə verən N.Həbibinin ünvanına növbəti ağır ifadə işlədilib.

Belə ki, rejissor Zorik İnstagram bloqunda bir zamanlar can bir qəlb olduğu Natəvanın ünvanına xoşagəlməz ifadələr yazıb. N.Həbibinin onu, A.Kazımovanı və Toliki məhkəməyə verməsinə münasibətini bu formada bildirib:

“Natəvan Həbibi, mən Zöhrab Ağayev söylədiyim hər sözümün üstündə dururam. Məhkəmədə də hər şeyi sənin üzünə deyəcəyəm. Məhkəmədə açılacaq sandıq, töküləcək pambıq yox, pambıqlar. Sənə heç sehirli xalatın belə kömək etməyəcək. Şokdayam, Türkmənistandan gələsən, mənim ölkəmdə ailənlə birlikdə 14 ildən çox qeydiyyatsız yaşayasan… Nəsli bilinməyən Akopyan! Bu gün məni, ölkənin baş prodüseri Toliki və xalq artisti Aygün Kazımovanı məhkəməyə verirsən. Bu artıq qudurğanlıqdır. Çox maraqlıdır, kimdir Natəvanın arxasında dayanan, ona dəstək olan?! Mən bütün arxivi qaldıracağam. Onunla 7 il işləmişəm, amma bir dəfə də görməmişəm ki, dövlətə vergi ödəsin. Akopyan, bütün bunların cavabını verəcəksən. 14 il ailənlə birlikdə ölkəmdə heç bir qeydiyyatsız yaşamısınız. Yaxşı ki, hüquq-mühafizə orqanları var. Natəvan, sən Aşqabad batan kimi batdın!"

Aysel Şirinzadə


Müəllif: