20 Noyabr 2015 13:05
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın əməkdar artisti, müğənni Nataşa Koroleva "Tarzan" kimi tanınan əri Sergey Qluşkodan ayrılıb.

12 ildir evli olan cütlük arasında münaqişə Sergeyin striptizçi işlədiyi məkanın müştəri xanımlarından birinin ona avtomobil hədiyyə etməsi ilə başlayıb.

Bu, onlar arasında bir müddətdir gərgin olan münasibətin tamamilə bitməsində rol oynayıb. Qluşkonun dəfələrlə qısqanclıq üçün səbəb verdiyini görən 42 yaşlı ulduz boşanmaq qərarı verib.

Qeyd edək ki, cütlüyün 13 yaşlı oğulları var.

Axşam.az


Müəllif: