21 Noyabr 2015 12:02
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burun əməliyyatından sonra depressiyaya düşdüyü deyilən müğənni Xatun Əliyeva bunun yalan olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, “Star life” verlişinə açıqlamasında depressiyaya düşməsinə aydınlıq gətirib: “Burun əməliyyatından sonra bir müddət toy məclislərinə getmədim, özümə baxdım. Depressiyaya düşməyimə gəlincə, bu, parodiya etdiyim düşmənlərimin antireklamıdır. Şayiə yayıblar ki, depressiyaya düşmüşəm, burnum pis əməliyyat olub. Mən də səbr etdim və heç kimə bu barədə açıqlama vermədim. Şükür Allaha burnum çox gözəldir və əməliyyatdan razıyam”.

Rəqsanə


Müəllif: