22 Noyabr 2015 17:55
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Las-Veqasda Amerikanın görkəmli müğənnisi Frenk Sinatranın 100 illiyi şərəfinə konsert keçiriləcək.

"Sinatra 100: an All-Star Grammy" qala-konsertində Ledi Qaqa, Selin Dion, Kerri Andervud, Adam Levin, Con Lecend və Alişa Kiz kimi dünya ulduzları çıxış edəcəklər. Konsertdə çıxış edəcəyini təsdiqləyən Selin Dion Sinatra sənətinin vurğunu olduğunu dilə gətirib: "Uzun illər ərzində öz konsertlərimdə mən Frenk Sinatranın mahnılarını ifa edirəm. Onun səsi həmişə mənim üçün ilham mənbəyi olub və həmişə də olacaq".

1915-ci ildə anadan olan Frenk Sinatra caz və müasir pop musiqisinin "pioneri" hesab olunur. Karyerası boyunca o, 9 "Qremmi" qazanıb, albomları isə 150 milyondan çox nüsxədə satılıb.

Sinatranın 100 illiyi şərəfinə konsert dekabrın 6-da isə onu "CBS" kanalında nümayiş olunacaq./buro247.az


Müəllif: