24 Noyabr 2015 11:21
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Dram Teatrında rəhbərliklə aktyorlar arasında gərginlik səngimək bilmir.

Ölkə.az-ın məlumatına görə, teatrın baş rejissoru İradə Gözəlova bu ilin yanvarından aparıcı aktrisa Kəmalə Məmmədovaya rol vermir. Mənbə bildirir ki, Məmmədova artıq Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığa başlayıb və teatrın baş rejissoru Mirbala Səlimlinin dəvətilə Haldun Tanerin "Və dəyirman fırlanardı" əsərində rol alıb.

Əməkdaşımız məsələ ilə bağlı Kəmalə Məmmədovanın mövqeyini öyrənməyə çalışsa da aktrisayla əlaqə saxlamaq mümkün olmayıb. Sonradan məlum olub ki, o, hazırda Şəki Teatrında baş rolunu canlandırdığı "Və dəyirman fırlanardı" əsərinin məşqindədir.

Tamaşanın premyerası dekabrın 10-da baş tutacaq.

Məsələ ilə bağlı Gəncə Dövlət Dram Teatrının da mövqeyini dərc etməyə hazırıq.

İntiqam VALEHOĞLU

Ölkə.az


Müəllif: