25 Noyabr 2015 11:31
504

Bu gün Nizami Kino Mərkəzində "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsi çərçivəsində "Dərs" uşaq filmi nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycanfilm" kinostudiyasının birgə həyata keçirdiyi layihə dekabr ayının 8 -nə kimi davam edəcək. Filmin nümayişindən öncə çıxış edən nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov uşaq filmlərinin az çəkilməsinə diqqət çəkib: "Bunun bir çox səbəbləri var. Deyirlər ki,nağıllarımız var,onlardan istifadə etmək olar. Amma deyim ki, nağılı kino dilinə çevirmək son dərəcə çətindir. Nağıllarımızda süjet çox dolaşıq olur. İlk baxışda hətta məntiqsiz görünə bilər. Sovet dövründə də uşaq filmləri bir neçə ildən bir çəkilib. Uşaq filmini çəkmək böyük bacarıqdır, üstəlik, bu filmlərin ərsəyə gəlməsi istehsalat baxımından da ağırdı. Çünki uşaqlarla işləmək çətindir".

Daha sonra film təqdim olunub.

Layihə çərçivəsində təqdim olunan filmlər şəhərimizin kinoteatrlarında nümayiş olunur. Sırada daha iki görüş və müxtəlif mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

Nərmin


Müəllif: