4 İyun 2014 16:51
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın konsertinin vaxtı dəqiqləşib. Sənətçi təşkilatçı Nahid Emiloğlu ilə konserti əlamətdar günə təyin ediblər.

Bu barədə Teleqraf.com-a açıqlama verən müğənni bildirib ki, konsert əsgər, şəhid, əlil ailələrinə ərməğanı olacaq: “İyunun 30-u İlhamla Fərizənin toy günü tarixidi. Biz konserti həmin tarixə keçirdik. Məkanımız Yaşıl Teatrdır. Konsertə bilet satışı olmayacaq. Şəhid, əsgər, ailələri, bir sözlə Vətən uğrunda xidməti keçən hər bir kəsi konsertimə dəvət edirəm. Bunu özümün onlara borcu bilirəm. Həmin günü “Sevgililər günü” kimi qeyd edənlər də konsertə dəvətlidirlər”, - deyən sənətçi bilet satışının ümumiyyətlə olmayacağını xüsusi diqqətə çatdırıb.

O bildirib ki, konsertdə təqdimat da nəzərdə tutulub. Adını hələ açıqlamaq istəmədiyi yerli rejissorlardan birinin ekranlaşdırdığı “Heydər – İlham – Azərbaycan” mahnısının klipi ilk konsert izləyicisi üçün təqdim ediləcək.

Rəqsanə İsmayılovanın növbəti iki klipi isə konsertdən öncə televiziya və mətbuat işçilərinə təqdim ediləcək. İyunun 15-20 tarixləri arasında nəzərdə tutulan bu təqdimatda Türkiyədə ekranlaşdırılan “Yollarımı verdim sənə” və “Aşk” klipləri nümayiş olunacaq.

Pərvin


Müəllif: