25 Noyabr 2015 11:52
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kino haqqında yeni qanunun olması şərtdir. Bunu bugünki kino istehsalatı tələb edir. Kino müəyyən imtiyazlara malik olmalıdır. Xüsusilə uşaq kinosunun istehsalı ƏDV-dən və digər tələblərdən azad olmalıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib. O bildirib ki, bu sahənin inkişafı üçün uşaq filmləri mövzusunda müsabiqə elan olunacaq: "Onu da qeyd edim ki, cizgi filmləri istehsalı "Azanfilm"ə həvalə olunub. Son illər də orda maarifləndirici filmlər çəkilib. İndiyə qədər maarifləndirici cizgi filmlərimiz olmayıb. Cizgi filmləri sahəsində kadrlarımız çox azdır. Bununla bağlı kursların açılması labüddür".

Nərmin


Müəllif: