25 Noyabr 2015 12:27
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı müğənni Adelin "25" adlı albomu record qırmaqda davam edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə Adelin canlı ifa etdiyi "Water Under The Bridge" adlı mahnısının videosu yayılıb. Sənətçi bəstəni "Cimmi Fellon"un şousunda ifa edib.

Qeyd edək ki, ifaçının "25" adlı albomu ABŞ-da bir həftə ərzində ən çox satılan albom rekordunu təzələyib. Albom ilk iki gündə 2,5 milyon nüsxə satılıb. Daha əvvəl bu rekord "N`Sync" qrupuna məxsus olub. Onlar 2,4 milyon albom sata bilmişdilər.

Teleqraf.com Adelin "Water Under The Bridge" mahnısını təqdim edir.

Rüstəm


Müəllif: