25 Noyabr 2015 23:00
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrın yenidən fəaliyyətə başlayan Yaradıcılıq studiyası açılışa hazırlaşır.

Bu barədə Teleqraf.com-a açıqlama verən teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, açılış mərasimi 2015-ci ilin sonuna qədər baş tutacaq.

Açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı konsert-tamaşa təqdim olunacaq. “Uğur” adlanan konsert-tamaşa barədə rejissor bunları deyib: “Burada iki gəncin həyat yolundan - sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmasından bəhs edilir. Daha çox avtobioqrafik janrda muzikl formasında hazırladığımız bu səhnə nümunəsi bir çox yeniliklərlə zəngindir. Bu mənim bir rejissor kimi ilk sərbəst işimdir. Çalışıram ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə-gənclərə göstərdiyi etimadı doğruldum. İnanıram ki, hazırladığımız səhnələşdirdiyimiz konsert-tamaşa maraqla qarşılanacaq”.

Yaradıcılıq studiyasının rəhbəri əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Nərmin


Müəllif: