26 Noyabr 2015 13:28
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teleqraf.com xəbər verir ki, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatrın baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemət və səbəbkarın sənət dostları iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Siyavuş Aslanı Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb. Siyavuş Aslanı teatrımızın nəhəng sənətkarlarından biri kimi dəyərləndirən Ədalət Vəliyev onun sənətinin daim yaşayacağını qeyd edib: “Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Səyavuş Aslanın sənəti də yaşayacaq”.
Xalq artisti Azərpaşa Nemət Siyavuş Aslan haqqında xatirələrini bölüşüb, onu Azərbaycan teatrının, kinosunun böyük sənətkarı kimi xarakterizə edib.

Tədbirdə əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, xalq artisti Hacı İsmayılov böyük aktyorun kino və teatr fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.
Yubiley mərasimində Siyavuş Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunub.

Nərmin


Müəllif: