4 İyun 2014 17:50
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yaşar Cəlilov ən böyük arzusundan danışıb.

İfaçı Teleqraf.com-a açıqlamasında deyib ki, istəyi hər zaman sanballı mahnılar ifa etməkdir. Bunun üçün hər zaman səy göstərir:

“Müğənnilərin arzuları çox olur. Bir müğənni fəxri ad, digəri çox toya dəvət almaq, başqa biri isə sponsor tapmaq istəyir. Mənim isə arzum sevilən mahnılar oxumaqdır. Bu arzum da hər zaman reallaşır”.
Y.Cəlilov əavə edib ki, yeni “Ulduzlu gecə” adlı mahnı oxuyub. Sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan mahnının artıq 106.3 FM dalğasında təqdimatı olub.

Lirik janrda olan mahnının aranjimanı zamanı 12 skripkadan istifadə olunub. Y.Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayət edib.

“Ulduzlu gecə” mahnısı müğənninin sayca 3-cü albomuna daxil ediləcək.

Aytən Həsənova


Müəllif: