27 Noyabr 2015 13:41
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Fərid Mərd qardaş ölkədəki işlərindən danışıb.

Türkiyənin tanınmış şairəsi, Azərbaycanda da bir çox məşhur mahnıların sözlərinin müəllifi olan Aişə Birgül Yılmazla dost olan müğənni may ayından İstanbuldadır.

Fərid türkiyəli şairənin sayəsində oranın tanınmış ENBE orkestri ilə işbirliyinə başlayıb: “Aişə xanımın vasitəsilə ENBE orkestrinin rəhbəri Behzat Gerçekerle tanış oldum. Mənim ifaçısı olduğumu biləndə onlarla bərabər çalışma təklifini etdi. O vaxtdan ENBE-nin solistiyəm”.

Fərid Türkiyənin bir çox şəhərlərində keçirilən konsertlərdə uğurla çıxış etdiklərini və orkestr rəhbəri, eləcə də üzvlərinin ondan məmnun olduqlarını bildirir. Qeyd edək ki, azərbaycanlı müğənni bu yaxınlarda TRT kanalında türk müğənnisi Kubatla “Sarı gəlin” xalq mahnımızı ifa edib.

Həm də mahnılar bəstələdiyini deyən Fəridin bəstələrini yaxın vaxtlarda Türkiyənin bir neçə tanınmış sənətçiləri ifa edəcəklər. Bundan başqa, yeni il üçün müğənnimizin ENBE ilə birgə Azərbaycanda konserti planlaşdırılır.


Müəllif: