27 Noyabr 2015 15:23
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından yaxın günlərdə evə buraxılacaq.

Bu barədə Teleqraf.com-a danışan xalq artisti səhhətinin yaxşı olduğunu deyib: “Köməkçimin mənə verdiyi psixitrop dərmanların təsiri ilə böyrəyimin birində problem yaranmışdı. Üç-dörd prosedurdan sonra xəstəxanadan çıxacam. Həkimlərim Rəşad Şolana, Hikmət Qarayevə, klinikanın baş həkimi Leyla Seyidbəyovaya təşəkkürümü bildirirəm. Mənə xəstəxanada çox böyük diqqət var. Hətta Səhiyyə naziri Oqtay Şirəliyev səhhətimlə çox maraqlanır, müalicə prosesimi müşayiət edir. Müalicəm səhiyyə nazirliyinin nəzarəti altındadır və çox yüksək səviyyədə davam edir. Bu gün özümü yaxşı hiss edirəm. Dörd-beş günə, inşallah, xəstəxanadan çıxacam”.

Rəqsanə


Müəllif: