28 Noyabr 2015 11:30
488

Müğənni Yaşar Cəlilov evlənir.

Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə “Star live” verilişində məlumat verib: “Dekabrın 27-də toyum olacaq. Məclisimdə münasibətim olan və sayıb-seçdiyim sənət dostlarım iştirak edəcəklər. Toyumu Abbas Bağırov ansamblı ilə idarə edəcək. Ailə quracağım xanım həm ailəmin, həm də öz seçimimdir. Toya gələn hər bir qonaq üçün maraqlı sürprizim var”.

Müğənni evləndikdən sonra həyat yoldaşının işləməsinə icazə verməyəcəyini də deyib: “Həyat yoldaşımın işləməsinə icazə verməyəcəm. Çox güman ki, işləməyəcək”.

Rəqsanə


Müəllif: