28 Noyabr 2015 20:50
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Cennifer Lourens özünü rejissor kimi sınayacaq. O, LSD ilə eksperimentlər haqqında "Delirium layihəsi" filmini ekranlaşdıracaq.

"Entertainment Weekly" dərgisinə müsahibəsində Lourens çoxdankı arzusunu reallaşdıracağını bildirib: "16 yaşımdan bəri rejissor olmaq istəyirdim. Sadəcə heç vaxt bunu demirdim, çünki deməkdənsə, etmək daha yaxşıdır". Cenniferin sözlərinə görə, "Delirium layihəsi" psixoaktiv maddələr tətbiq edən 60-cı illərin psixiatriyası barədə danışan komediya olacaq. Çəkilişlərin nə vaxt başlayacağı və aktyor heyəti barədə hələ ki, məlumat verilmir.

25 yaşlı Lourens "Mənim sevgilim - dəlidir" filminə görə "Oskar" alıb. Bundan əlavə, o, "Amerikasayağı fırıldaq" və "Qış sümüyü" filmlərinə görə mükafata nominasiya edilib. 4 noyabr 2015-ci ildə "Ac oyunlar: Zığ-zığ masqaraçı. İkinci hissə" franşizasının yekun hissəsi çıxıb./buro247.az


Müəllif: