4 İyun 2014 22:38
9 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun sevgilisi, tatar supermodel İrina Şeykin artıq ciddi rəqibi var.

Futbolçu Ezekel Qarayın sevgilisi Tamara Qorro artıq onlarla jurnal və şirkətdən çəkilişlərlə bağlı təkliflər alır.

Portuqaliyanın "Benfika" klubunun futbolçusu Ezekuel Qarayın həyat yoldaşı Tamara Qorro bu günlərdə maraqlı açıqlamalarla gündəmə gəlib. Argentinalı futbolçunun arvadı bütün günü sekslə məşğul olduqlarını bildirib.

İspaniyanın "Primera Linea" jurnalına danışan Tamara Qorro bunları bildirib: "Ezekuiellə çox atəşli həyat yaşayırıq. Evdə olanda bütün günü sekslə məşğul oluruq. Seks oyuncaqlarını çox sevirəm və güclü fantaziyalarım var. Əgər nə vaxtsa Ezekuieldən ayrılsam, sevişdiyim ilk kişinin o olduğunu düşünəcəm. Ancaq biz ayrılmaq haqda düşünmürük. Biz bir-birimizi dəlicəsinə sevirik".

Qeyd edək ki, Ezekuiel və Tamara Qorro cütlüyü iki ildən çoxdur bir yerdədilər. Onların ilk tanışlığı Portuqaliya gecə klublarından birində baş tutub./anspress/


Müəllif: