Bir çox plastik əməliyyat keçirən müğənni Rəqsanə İsmayılova xarici görünüşü ilə bağlı maraqlı etiraflar edib.
Teleqraf.com xəbər verir ki, sənətçi “Onlar”a açıqlamasında keçirdiyi əməliyyatların sayını açıqlayıb: “Köhnə şəkillərimə baxıb deyirəm ki, nə gündə olmusan. Burnum böyükdür. Burnum, ayaqlarım və üzümdə beş-altı dəfə estetik əməliyyat elətdirmişəm. Lazım olsa yenə əməliyyat etdirəcəm. Plastik əməliyyat narkomanların narkotikaya öyrəşməsi kimidir. Əməliyyatdan iki-üç gün sonra özünə baxandan sonra gözəlləşdiyini görüb sevinirsən”.
Müğənni həmkarlarının burun əməliyyatında da danışıb: “Röyanın burnu çox xoşuma gəlir. Bu sözləri Röyaya yaltaqlanmaq üçün demirəm. Bildiyim qədər burun əməliyyatını Türkiyədə elətdirib. Aygün xanımın da burun əməliyyatı xoşuma gəlir”.
Rəqsanə