30 Noyabr 2015 11:31
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova parikdən xilas olub.

Teleqraf.com xəbər verir ki, F.Kərimova “Onlar”a saç düzümündən danışıb: “Parik istifadə etmək çox xoşuma gəlir, çünki harasa tələsəndə adama kömək olur. 50-60 il əvvəl saçımı kəsdirməyi düşünürdüm. Amma o zaman deyil, yaxın vaxtlarda kəsdirdim. İndi saçım uzanıb”.

Xalq artisti həmkarlarına iradını da bildirib: “Müğənnilər qeyri-adi sənətkar olmaq üçün fantaziyaya başlayırlar. Deyirlər ki, bir mahnını dörd-beş aya ifa edirəm. Bu vaxt ərzində hazırlanan mahnıda təbiilik qalarmı? “Fors” eləmək istəyirsənsə başqa bir üsul tap. Camaat elə bilir ki, o qədər kütsən ki, beş ay bir mahnı üzərində işləyirsən”.

Rəqsanə


Müəllif: