Əvvəllər tez-tez kliplə tamaşaçılarının görüşünə gələn xalq artisti Faiq Ağayev son vaxtlar klip çəkdirmir.
Xalq artisti bunun səbəbini Teleqraf.com-a açıqlayıb: “Əvvəl klipimizi 9 milyon əhali izləyirdi. İndi isə “Youtube”da klipə maksimim baxış 50-60 mindir. Ondan yüksək baxış olanlar pul ilə alınan baxış saylarıdır. Mənim də saxtakarlıqla aram yoxdur. 50 min izləyici mənim üçün əzizdir, amma 9 milyonla müqayisə çox azdır. Ona görə də adamın işinə yazığı gəlir. Hazırda iki mahnı üzərində işləyirəm”.
Rəqsanə