2 Dekabr 2015 17:00
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Təranə Səmədova bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə saxlanılmasından danışıb.

Prodüser Teleqraf.com-a açıqlamasında sərxoş olduğunu etiraf edib: “Bu hadisə ilə mənə dost olan və olmayan insanları ayıra bildim. Pişiyin əli ətə çatmayanda deyir ki, murdardır. Ətrafda bəzi insanlar çatana çatır, çatmayana isə bir daş atır. Daş atanlara da gülməyim gəlir. Çünki iki gündən sonra mənimlə üzbəüz gələndə yaltaqlanır və yoldaşlıq etməyə can atırlar. Ən əsası odur ki, hadisə sağ-salamatçılıqla həll olundu. Mən həbs oluna və sürücülük hüququmdan məhrum edilə bilərdim. Yüksək cərimə ilə cəzalandım”.

Prodüser sərxoş olduğunu da etiraf edib: “İçkili olduğumu etiraf etmişəm. Gizli saxlamağımın səbəbi o idi ki, bu dərəcədə qabardılacağını bilmirdim. Bu mənim özümə məxsus ayıbımdır və mediada işqılandırılmağın mənası yox idi. Qəbahət mənə aiddir. Publikaya utanc gətirəcək bir şey etməmişəm.

Yeganə səhvim o oldu ki, ayıq sürücü çağırmadım. Onun da cəzasını çəkdim. Bu xəbərin işıqlanmasında reytinq qazanan kanallara demək istəyirəm ki, bundan daha aktual problemlər var və onunla reytinq qazansalar daha yaxşı olar”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər