3 Dekabr 2015 14:08
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar komediya janrında çəkilən fimlərdə əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimovu görmürük.

“Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov və aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimov Teleqraf.com-un “Komediya janrında çəkilən filmlərə sizi dəvət edirlərmi?”sualını cavablandırıblar.

Coşqun Rəhimov deyib ki, komediya üslubunda çəkilən filmlərə dəvət olur. Amma işləri çox olduğuna görə filmlərə vaxt ayıra bilmirik.

Müşfiq Abbasov tamaşaçıların pərdəarxasından xəbərsiz olduğunu deyib: “Tamaşaçılar elə bilirlər ki, ildə iki dəfə verdiyimiz konsert 10-15 dəqiqə çayxanada oturduqdan sonra konsert veririk. Bu, belə deyil. Çətin iş prosesindən keçirik. Artıq mart ayında verəcəyimiz konsertin hazırlıqları başlayıb. Ssenari yazılması, aktyorların məşq prosesləri var. Bir konsert bitir, növbəti konsertə hazırlıq başlayır. Ona görə dəvətlərinə “hə” deyə bilmirik”.

Rəfael İsgəndərovun isə cavabı özünə məxsus olub: “Biz də dincəlməliyik, ya yox? İnanın ki, çox vaxt rejissorlar deyirlər ki, o biri aktyorlar bilməsin ki, sizə daha çox qonorar verəcəyik”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər