3 Dekabr 2015 21:38
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən modelyerini ziyarət edən müğənni Bülent Ersoyun VIP maşını ilə yolu kəsməsi etiraza səbəb olub.

Konsert libaslarını tikdirmək üçün 5 saat dərzidə qalan sənətçi maşınını təktərəfli küçədə saxlatdırıb. Tıxac yaradan müğənni küçəyə çıxarkən insanlar maşınlarından düşərək etiraz edərək "maşınınızı artıq yoldan çəkin, bura xəstəxana yoludur, yolu bağlaya bilməzsiniz" deyiblər.

Ersoy sürücüsünə tapşıraraq yolu açdırıb.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Bülent Ersoy 7 saat yarım gözəllik salonunda qalması və 2 kilo ət yeməyi ilə gündəmə gəlmişdi.


Müəllif: