Xalq artisti Yalçın Rzazadə mətbuata açıqlamasında deyib ki, Əli Mirəliyev onun adını bir daha mediada hallandırsa məhkəmə qarşısında cavab verəcək.
Teleqraf.com Ə.Mirəliyevdən bu məsələyə münasibət öyrənib: “Yalçın Rzazadə ilə münasibətim yaxşıdır. Dostumdur. “Dan ulduzu”nda bir yerdə işləmişik. Mənim üçün çox gözəl müğənnidir, mahnıları dillər əzbəridir. Kimsə adımdan nəsə danışsa mən də onu məhkəməyə verərəm. Niyə də yox? Yalçının ürəyi əməliyyat olub. Olmaz axı. Mətbuatda bəzən mənim adımdan yalandan xəbərlər yazıb pul qazanırlar. Onun xətrini çox istəyirəm. O kişiyə böyük hörmətim var. Bizi Azərbaycana “Dan ulduzu” tanıtdırıb”.
Rəqsanə