5 Dekabr 2015 17:47
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xəyyam Nisanov 2016-cı ildəki planlarını açıqlayıb.

Sənətçi "Star life" verilişinə açıqlamasında ancaq Murad Arifin bəstələrini oxumasının səbəbindən danışıb:

"Gələn il mütləq konsert olacaq. Eyni zamanda iki albom çıxaracam: biri rus, digəri isə Azərbaycan dilində olacaq. Muradın yazdığı bəstələr mənə düşərli olur. Başqaları məndən inciməsin".

X.Nisanov dünyaca məşhur ifaçı Araşla dostluqlarından söz açıb:

"Bu yaxınlarda Araş mənə zəng vurmuşdu. Bizim "Bəri gəl" mahnısını istədi. Mən də sözlərini yazıb verdim. Repertuarına daxil etdi"./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər