Aparıcı Xoşqədəm Hidayətqızı “Günəşli” yatağında baş verən yanğından xilas edilənləri ziyarət edib.
Teleqraf.com xəbər verir ki, xəstəxanaya baş çəkən aparıcı “İnsatagram”da təəssüratlarını bölüşüb: “Altı ildir ki, insan talelərini araşdırıram. Çəkdim və hər dəfə də qəlbimdən bir tel qırıldığını hiss etdim. Saatlarla ölüm və yaşam arasında qalan bu insanları dinləyərkən möcüzənin bir daha şahidi oldum. İtkin düşən digər qardaşlarımızla bağlı danışılan xoş xatirələr isə qəlbimi param-parça etdi. Əvvəllər qəlbimin bir teli qopurdusa, indi tamamilə ürəyim dayanıb. Yaxınlarınızı sevin, əllərindən möhkəm yapışın. Unutmayın, yatıb oyanmamaq, oyanıb tapmamaq var”.
Rəqsanə