10 Dekabr 2015 17:22
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Yeni İl gecəsini türkiyəli müğənni Çeliklə birlikdə qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, xalq artisti yeni il şousuna xüsusi hazırlaşır: “Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsinə xüsusi hazırlaşıram. Eksklüziv səhnə kostyumum üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacam. Türkiyədə aranjeman etdirdiyim yeni mahnılarımı ifa edəcəm. O, mahnılar hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı yeni il gecəsi eksklüziv olaraq dinləyəcəklər. Məni sevənlər bombalara hazır olsunlar”.

Çelik və Aygün Kazımovanın konsertinin təşkilatçısı Nahid Emiloğlu, aparıcısı isə Zaur Nəbioğlu olacaq. Şou paytaxtın elit məkanlarının birində baş tutacaq.

Rəqsanə


Müəllif: