10 Dekabr 2015 18:44
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı bəstəkar, “Grammy” mükafatçısı Riki Kecin yeni albomunda azərbaycanlı müğənni İlhamə Qasımovanın da ifası yer alıb.

Müğənni Publika.az-a açıqlamasında təklifin onun üçün gözlənilməz olduğunu vurğulayıb:

“Belə bir təklif gözləmirdim. Amerikalı bəstəkar Riki Kec “Dünyada sülh olsun” şüarı altında albom hazırlayıb. Dünyanın ayrı-ayrı ölkələrindən olan müxtəlif müğənnilərin ifaları həmin albomda yer alıb. Mahnını mənə göndərib onu milli ladlara salmağımı istədilər. Mən də mahnıya milli elementlər, mili kaloritlərimizi əlavə edib oxudum. Düzü, artıq hazır sayılan albomu hələ görməmişəm. Bir də xəbər tutdum ki, albom hazırdır və artıq Fransa prezidenti Fransua Ollanda təqdim olunub”.

Qeyd edək ki, “SHANTI SAMSARA - World Music for Environmental Consciousness” adlı albom dünyada baş verən müharibələr, insanların öz evlərini, yurdlarını tərk etmək məcburiyyətində qalması, körpələrin valideynsiz qalması, ac-susuz yaşaması əleyhinə hazırlanan bir musiqi albomudur. Burada toplanan mahnılar insanları sülhə səsləyir. Albomun hazırlanmasında 300-dən çox musiqiçi iştirak edib. İlk nüsxəsi BMT-nin iclasında Hindistanın baş naziri Narendra Modi tərəfindən Fransanın dövlət başçısı Fransua Ollanda təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər