11 Dekabr 2015 12:38
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni İl və Həmrəylik Günü münasibəti ilə kimsəsizlər evində yaşayan uşaqlar üçün xeyriyyə konserti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Uşaqlar gülsün deyə” şüarı altında baş tutacaq gecənin aparıcısı Vüsalə Əlizadədir. Konsert proqramında isə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli və bir çox məşhurlar iştirak edəcək.

Konsertdən əldə olunan gəlirlə bir neçə kimsəsizlər evinə yardım göstəriləcək. Konsert 24 dekabr, saat 17:00-da baş tutacaq.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər