11 Dekabr 2015 17:04
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının daha bir üzvü böyük uğura imza atıb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, studiyanın fəallarından biri, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan beş yaşlı Nuray Rəhman “Azərbaycanın səsi Bala” adlı televiziya yarışmasının qalibi olub. Beş veriliş olmaqla dörd həftə davam edən yarışmada 25 iştirakçı arasından seçilərək münsiflərin yüksək qiymətləndirdiyi balaca Nuray tamaşaçıların da sevimlisinə çevrilərək onlardan ən yüksək SMS toplayaraq ilk pillələrdə qərarlaşıb.

Dekabr ayının 9-u keçirilən final yarışmasında birinciliyi həmyaşıdı Əhməd Əmirli (səs faizləri bərabər olduğuna görə) bölüşən Nuray Rəhman Azərbaycanı İstanbulda keçiriləcək möhtəşəm Türkvizyon – Türk dünyası mahnı yarışmasında təmsil edəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər