13 Dekabr 2015 13:06
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim anam çox əzab çəkib, çox əziyyətlər görüb.


Bu sözləri xalq artisti Alim Qasımov “Geriyə baxanlar” verilişində anasının vəfatı haqda danışarkən deyib.

Məşhur xanəndə anasının ölümünə sevindiyini bildirib:

“Məni ən çox ağrıdan vaxtsız itkilərdir. Vaxtlı ölümlə barışmaq olur, amma vaxtsız ölümlə mümkün deyil. Mənə ən çox təsir edən anamın ölümü idi. Mən gözümü açandan anamı xəstə görmüşəm. Atam onu həmişə döyürdü. Ona görə də o öləndə sevinirdim ki, bu əzablardan canını qurtardı. Ona əlimdən gəldiyi qədər yaxşı baxmağa çalışdım. Düşünürəm ki, övladlıq borcumu ödəmişəm. Ona görə də bir az içim rahatdır”./Axar.az/


Müəllif:

Oxşar xəbərlər