Xalq artisti Aygün Kazımova növbəti türk müğənnisi ilə duet oxuyacaq.
Konsertin təşkilatçısı Nahid Emiloğlu Teleqraf.com-a açıqlamasında Çelikin xalq artistinə duet təklif etdiyini deyib: “Bilirsiniz ki, Çelik Türkiyədə təkcə müğənni kimi yox, bəstəkar kimi də məşhurdur. Mahnılarının əksəriyyətini də özü bəstələyib. Hazırda gözəl bir mahnısı var. O, həmin mahnını Azərbaycanın divası Aygün Kazımova ilə birlikdə ifa etmək istəyir. Bilmirəm Aygün xanım bu təklifə necə baxacaq. Yəqin ki, mahnını dinləyib bəyənər”.
Aygün Kazımova və Çelik 31 dekabrda paytaxtın əyləncə mərkəzlərindən birində eyni səhnəni bölüşəcək.
Rəqsanə