16 Dekabr 2015 13:13
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçən dəfə telefonuma bir qadın zəng eləmişdi. Deyir, Xuraman xanım, filan saytdandır, sizinlə bağlı əlimizdə faktlar var, yazmaq istəyirik. Dedim redaksiyanız harada yerləşir, qayıdasan ki, özünüz maraqlanın, tapın. Əsəbimdən maşını elə sürdüm, az qalmışdım qəzaya düşüm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə “Ondan sonra” verilişinə müsahibə verərkən deyib: “O, insan mənimlə elə danışırdı, elə bil məhkəmədəyəm, qabağımda da hakim oturub. "Sizi filan adamlarla üzləşdirəcəyik filan..." Şantajla nəsə qoparmaq istəyirdi. Araşdırdım və elə bir saytın olmadığını öyrəndim. İndi hamıdan şübhələnirəm. Adam qardaşından, bacısından da şübhələnir. Bilmirəm kimə inanım. Dost deyəcəyim bir insan yoxdur. Efirə çıxıb belə danışanda köhnə dostlarım zəng eləyib deyir ki, niyə dostun olmadığını deyirsən, bəs mən nəyəm? Ay adam, sən mənim dostum olsaydın, arxadan zərbə vurmazdın”.

Rəqsanə


Müəllif: