16 Dekabr 2015 13:26
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan caz-muğamının banisi Vaqif Mustafazadənin anım günüdür.

Teleqraf.com xəbər verir ki, “Günəbaxan” verilişində Vaqif Mustafazadə adına Dövlət Muzeyinin direktoru Afaq Əliyeva onun haqqında danışıb: “Çox böyük sənətkar, unikal insan idi. Dünyasını dəyişməsi gözlənilməz oldu və bizi çox kədərləndirdi. Düzdür, əvvəldən ürəyində problem vardı. Vaqif Mustafazadə aramızdan ayrılsa da hər zaman qəlbimizdə yaşayacaq”.

Pianoçu "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. V.Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz devizinin təsisçisi, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

O, 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər