17 Dekabr 2015 14:46
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aygün Kazımova Natəvan Həbibi haqqında yaydığı məlumatı təkzib etməlidir. Bakı Apellyasiya Məhkəməsində xalq artistinin apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə A.Kazımovanın şikayəti təmin edilməyib. Çünki Bakı Apellyasiya məhkəməsi şikayətə baxdıqdan sonra qərar qəbul etdi ki, Aygün xanım qətnamənin icrasından qəsdən boyun qaçırır. Qərarda göstərildi ki, A.Kazımovanın ölkədən çıxışı məhdudlaşdırılsın. Məhdudlaşdırma qərar çıxan andan qüvvəyə minir. Bakı Apellayasiya Məhkəməsinin qərarı qüvvədədir”.

Bu söləri Teleqraf.com-a açıqlamasında Natəvan Həbibinin vəkili Fərid Həsənov deyib: “Hazırda xalq artistinin dövlət sərhəd xidmətindən rəsmi çıxışı məhdudlaşdırılıb. Bu məhdudlaşdırılma Aygün Kazımova məhkəmə qətnaməsini icra etdiyi vaxta qədər qüvvədədir. Əgər qeyri-qanuni yollarla xarici ölkəyə gedərsə həm özü, həm də sərhəddən keçirən sərhəd xidmətinin əməkdaşları məsuliyyət daşıyır”.

Natəvan Həbibi A.Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Xalq artisti məhkəmənin qətnaməsinə görə, Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu haqqında məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər