Əvvəllər oxuduğu mahnılarla daha çox məşhur olan əməkdar artist Şəbnəm Tapdıq əvvəlki şöhrətini yenidən qazanmaq üçün yeni mahnılar oxuyacağını deyib.
Müğənninin Teleqraf.com-a açıqlamasına görə, Rusiyada fəaliyyət göstərən müğənni Sərxan Sərxanla duet ifa edəcək: “O vaxt tamamilə başqa vaxt idi. Hələ qocalmamışıq ki. Yenə tanına bilərik. Niyə darıxırsınız? Uşaq vaxtından oxumağa başlamışam. Türk mahnıları ilə fəaliyyətə başladım. İnsanlar elə bilirdilər ki, Türkiyədən gəlmişəm. Adım da fərqli idi. O vaxt Şəbnəm yalnız mənim adım idi. Məndən sonra adım yayılmağa başladı. O vaxt oxuduğumuz mahnıların mətninə çox fikir verilirdi. Sovet dövründə bədii şura vardı. Əgər mahnıda hansısa sözü səhv oxuyurduqsa onu pozdururdular. Fransız, türk, Azərbaycan xalq mahnıları oxuyurdum”.
Rəqsanə