18 Dekabr 2015 12:18
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi plastik əməliyyat etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sənətçi sosial şəbəkədə makiyajsız fotosunu paylaşaraq ittihamları rədd edib: “Bu şəkli yayda çəkdirmişəm. Paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktla cavab vermək istəyirəm. “Natəvan niyə yalan deyirsən, estetik əməliyyat etdirmisən” sözlərini yazanlara foto ilə cavab verirəm. Makiyajsız halım budur. Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirirsə, bu, normal haldır. Yalanla aram yoxdur və kimsədən qorxmuram ki, nəsə gizlədim. Estetik əməliyyat etdirsəm, deyəcəm. Edənlərə pis baxmıram. Hər xanım gözəl olmağa layiqdir. Yaşa dolduqca lazım olsa, hansısa düzəlişlər etdirəcəm. Çünki səhnə gözəlliyi sevir. Mən də gözəl olmaq istəyirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər