18 Dekabr 2015 13:50
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərliyə xarici ölkələrdən təklif gəlib.

Bu barədə Teleqraf.com-a sənətçinin özü məlumat verib: “İki təklif almışam: Türkiyədən və Rusiyadan. Təklif dünən olub. Hələ ki, heç bir yerdə bu barədə açıqlama verməmişik. Hələ fikirləşirik, yanvar ayının ilk həftəsində cavab verəcəyik. Türkiyədən məşhur bir ifaçıyla duet oxumaq, Rusiyadan isə məşhur bəstəkar və rejissordan işbirliyi dəvəti almışam”.

R.Zərgərli prodüser Zöhrabın (Zorik) “İnstagram”da yaydığı fotoya da münasibət bildirib: "Boş-boş danışırlar. Heç birinə reaksiya vermirəm. Onların adının mənim adımın yanında hallanmasını istəmirəm. Ona görə onlara cavab vermək istəmirəm. Boş-boş adamlara reaksiya vermirəm. Mənə söz deyənlərə reaksiya verdim, cavablarını da aldılar”.

Rəqsanə


Müəllif: