Tanınmış dizayner Metyu Uilyamson Yeni il bayramı üçün xüsusi kolleksiya hazırlayıb.
Publika.az xəbər verir ki, tanınmış dizaynerin hazırladığı bu kolleksiya da məhdud sayda buraxılıb. Hər işi əsl sənət əsəri sayılan dizaynerin bütün paltarları şüşə muncuqlar və biserlərlə işlənib, həmçinin, rəngli lələklərlə bəzədilib.
Bütün libaslarda dizayner öz imzasını qoyub. Əllə işlənən hər paltarın qiyməti təxminən beş min avro təşkil edir.
Dizaynerin Milad kolleksiyası hər hansı əyləncə gecəsi üçün ideal seçimdir.
Xatırladaq ki, britaniyalı dizayner Metyu Uilyamson, əsasən, əyləncəli gecələr üçün hazırladığı bərbəzəkli paltarların müəllifi kimi tanınır.