6 İyun 2014 12:42
2 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Akademik Milli Dram Tearının aktrisası Məleykə Əsədovanın qızı xəstəxanalıq olub.

Aktrisa teleqraf.com-a açıqlamasında deyib ki, qızı Gülərin vəziyyəti mayın 5-də pisləşib. Hərarəti yüksəlib, onu gecəyarısı təcili xəstəxanaya aparıblar:

“Biz nə qədər çalışsaq da, uşağın qızdırmasını aşağı sala bilmədik. Mən çox qorxdum ki, qızıma nəsə olar. Təcili onu Sabunçu şəhər 3 saylı xəstəxanaya apardıq. Həkimlərin müdaxiləsindən sonra şükür Allaha ki, qızımın qızdırması düşdü. 40 dərəcə qızdırma ilə onu həkimə apardıq. Biz hələ ki, xəstəxanadayıq, Gülərə sistem köçürülür. Evə sabah buraxılacaq. Həkimlər deyir ki, indi soyuqdəymənin əlaməti olan belə bir virus dolaşır. Mənim uşağını da “yaxalayıb”.

Qeyd edək ki, Gülər mayın 31-də 3-cü sinifi bitirdi.

Aytən Həsənova


Müəllif: