21 Dekabr 2015 11:33
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Emin Ağalarov konsertdən əvvəl mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, E.Ağalarov yaradıcılıq planlarından və konsertindən danışıb: “Yaradıcılığım bu il yaxşı oldu. Hazırda yeni albom üzərində çalışıram. Albom ingilis dilində olacaq. Bu il Maks Fadeyev, İqor Krutoy, Elias Tadevs, Dmitriy Tolstov kimi bəstəkarlarla uğurlu əməkdaşlığımız oldu. İqor Krutoyun bəstələdiyi “Начистоту” mahnısını ifa etdim. Çox təbii və uğurlu alındı. Mahnılarımdan zövq alan hər kəs mənim dinləyicim ola bilər. Maraqlıdır ki, son vaxtlar uşaqların da məni dinlədiyini kəşf etmişəm”.

E.Ağalarov gələn ildə də xeyriyyə konsertləri təşkil edəcəyini deyib: “Layihənin adı “Yolka Veqas” adlanır. Bu layihəni Rusiyadan kənarada da reallaşdırmağı planlaşdırırıq. Layihə əlil və fiziki cəhətdən qüsurlu uşaqlara, həmçinin internat məktəblərindən çıxan uşaqlara dəstək olmaq məqsədi daşıyır. İnanıram ki, bu layihənin reallaşmasında bütün dostlarım mənə kömək edəcəklər. Yeri gəlmişkən deyim ki, Maks Fadeyev də bu layihə ilə bağlı “Давай найдем друг друга” adlı mahnı yazıb”.

Müğənni Yeni ili harada keçirəcəyindən də danışıb: “Hələ ki, Yeni ili harada keçirəcəyimə qərar verməmişəm. Uşaqlarım Bakıda olacaq. Yeni il gecəsi anamın da doğum günüdür. Həmin gün o, Nyu-Yorkda olacaq. Atamın isə harada olacağı bəlli deyil. Ona görə də vəziyyət bir qədər qarışıqdır və dəqiq cavab verə bilmirəm”.

Müğənni-bəstəkar “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın övladlığa götürdüyü Əminəyə soyadını verməyə hazır olduğunu da deyib: “Soyadımı Əminəyə verməyə hazıram. Onu çox istəyirəm. Gələcəkdə Əminə razı olarsa, mənim soyadımı daşıya bilər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər