Bir müddət əvvəl Miri Yusif və türkiyəli müğənni Funda Arar arasında anlaşılmazlıq yaranmışdı. Buna səbəb sənətçinim "Bağışla" mahnısını türkiyəli ifaçı tərəfindən icazəsiz və istinadsız oxunması idi.
Teleqraf.com xəbər verir ki, sənətçi "Onlar"a açıqlamasında türkiyəli məşhurla münasibətlərinin düzəldiyini açıqlayıb: "Onlardan bu hərəkəti gözləyirdim. Çox obyektiv insanlardır. Dedilər ki, gəlin dost olaq. Dedim baş üstə!"
M.Yusif onu da deyib ki, yeni mahnıya çəkdirdiyi klipdə oğlu çəkilib: "Mahnını yazarkən oğlum əl-qol hərəkəti edirdi. Ona görə də oğlumu klipə çəkməyi düşündüm. İstedadı var və genetika çox güclü imiş. Amma bu sənəti seçməsini istəməzdim. Əgər səhnəni seçsə öz tərzi ilə getməsini istəyirəm".
Müğənni dekabrın 25-də “Elektra Events Hall”da konsert proqramı ilə çıxış edəcək.
Rəqsanə